Şərtlər və Qaydalar
- Kursun qiyməti bir sezonluqdur.
- Bir sezon hesab aktivləşdirildikdən növbəti Ümumi Qabiliyyət imtahanına qədər olan müddətdir.
- Bir və ya hər iki valideynini itirmiş, valideynləri ayrılmış (və bunlara oxşar durumdakı) şəxslər üçün kurs pulsuzdur.
- Kursu pulsuz əldə edən şəxslər ən aşağı 11-ci sinif, ən yuxarı isə məktəbi 2 il öncə bitirmiş olmalıdır.
- Kursu pulsuz əldə edən şəxslər universitetə qəbul olduqdan sonra kursa yenidən pulsuz daxil ola bilməz.
- Kursu bitirib, hər hansı səbəbdən universitetə qəbul olmadıqda ödənilən pul təmamilə geri qaytarılır.
- Abituriyent bütün dərsləri və imtahan suallarını bitirdikdə kursu bitirmiş sayılır.
- Pulun geri ödənilməsi üçün abituriyent aşağıdakı şərtləri yerinə yetirməlidir:
- Kursu təmamilə bitirməli
- Növbəti Ümumi Qabiliyyət imtahanında iştirak etməli
- İmtahanda yığdığı baldan asılı olmayaraq, yazdığı universitetlərin heç birinə qəbul olmamalı
- İmtahana qeydiyyat zamanı ən az bir universitet seçməli
- Universitetə qəbul olmadığını sübut etməli (naec.ge hesabının giriş məlumatlarını vermək və s. kimi)
- Kursa qeydiyyat zamanı istifadə etdiyi ad və soyad həqiqi olmalı
- Pulun geri ödənilməsində qaydalar:
- Pulun qaytarılması imtahanının son cavabları məlum olduqdan sonra 3 gün ərzində yerinə yetriləcək.
- Pul abituriyentin təqdim etdiyi bank hesabına göndəriləcək.
- Abituriyent bank hesabı təqdim edə bilmədikdə pulu bildirilən ünvandan gəlib götürməlidir.
- Abituriyent pulu geri almaq əvəzinə kursa yenidən pulsuz qoşulmağı seçməkdə sərbəstdir.
- Kursa ikinci dəfə qoşulan abituriyentlər üçün qaydalar:
- Abituriyent bütün dərsləri və testləri bitiribsə, 5000 AP hədiyyə ediləcək
- Abituriyent sadəcə dərsləri bitiribsə, 2000 AP hədiyyə ediləcək
- AP qazanmaq qeydiyyat başladıqdan sonra 2 həftə ərzində qoşulanlar üçün keçərlidir.
- Qeydiyyat başladıqdan sonra 2 həftə ərzində qoşulmayanlar AP əldə edə bilməyəcək.
- İstifadəçi öz hesabına yalnız ilk giriş etdiyi cihaz ilə daxil ola bilər.
- İstifadəçi hesaba daxil olduğu cihazı dəyişmək istədikdə admin ilə əlaqə saxlamalıdır.
- Ümumi Qabiliyyət imtahanı günü hər kəsin hesabı qeyri-aktiv ediləcəkdir.
- Qadağandır:
- Bir hesabdan iki və ya daha artıq şəxsin istifadə etməsi
- Kursu kommersiya məqsədilə istifadə etmək
- Kursun hər hansı məzmununu və ya testləri, eləcə də sınaq suallarını paylaşmaq
Müəllif Hüquqları
- Müəllif hüquqları qorunur.
- Müəllif aşağıdakı hüquqlara malikdir:
- Kursun məzmunu və ya saytın qaydaları ilə əlaqədar istənilən dəyişikliyi etmə
- Hər hansı qaydanı pozan istifadəçinin hesabını qeyri-aktiv etmə
- Şərtlər və Qaydalar, eləcə də Müəllif Hüquqları bölməsində dəyişiklik etmə
- Müəllif Şərtlər və Qaydalar, eləcə də Müəllif Hüquqları bölməsində qeyd olunmayan hər hansı bir durum zamanı qərar vermə hüququna malikdir.